Yaponiya imperatorunun taxtdan imtina edəcəyi vaxt açıqlandı

OXUNUB: 613 DÜNYA

Yaponiyada imperator ailəsinin işləri üzrə komissiya imperator Akixitonun taxtdan imtina edəcəyi tarixi açıqlayıb.

İmperator taxtı 2019-cu ilin aprelin 30-da vəliəhdinə təhvil verəcək. 

Qeyd edilir ki, yeni imperatorun idarəçilik erası mayın birindən başlayacaq.

İmperator Akixito taxta atası imperator Hiroxitonun ölümündən sonra - 1989-cu ildə çıxıb. Son illərdə o, ürəyindən əməliyyat edilib və prostat xərçəngindən müalicə alıb. 

2016-cı ilin avqustunda xalqa müraciətində o, yaşı ilə əlaqədar məhdudiyyətlər hiss etdiyini, buna görə də imperatorun rolu və vəzifələri haqqında düşündüyünü  bildirib. 

Qeyd edək ki, Akixito taxtdan imtina etdikdən sonra hakimiyyət onun böyük oğlu şahzadə Naruxitoya keçəcək, özü isə əsas imtiyazlarını qoruyub saxlayacaq. /oxu

İcmal.Az

RƏYLƏR