Yaponiya kosmosa naviqasiya peykli raket buraxıb

OXUNUB: 692 DÜNYA

Yaponiya iyun ayının 1-də Amerikanın GPS-nin analoqunu yaratmaq üçün peykli daşıyıcı-raket buraxıb. Məqsəd sürücülər, PUO operatorları və digər istifadəçilərin olduğu yeri müəyyən edərkən meydana çıxan səhvlərin sayının azaldılmasıdır. 

İcmal.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.  

Yaponiyanın Aerokosmik Agentliyi "Mitsubishi Heavy Industries” (Mitsubishi Group-a daxildir) birgə sistemin yaradılmasını tamamlamaq üçün 2018-ci ilin yazında daha iki peykin orbitə çıxarılmasını planlaşdırır. 

Yaponiyada hazırda GPS-dən istifadə edirlər, yerli yüksək dəqiqlikli sistemə keçid isə yanlışlığı bir neçə santimetrə qədər azaldacaq, hazırda isə bu yanlışlıq on metrə çata bilir.  

İcmal.Az

RƏYLƏR