Yaponiya susuz qaldı - SƏBƏB?

OXUNUB: 611 DÜNYA
Yaponiyanın 13 rayonunda təxminən 130 min mənzil və fərdi evdə su təchizatı kəsilib. Buna səbəb ölkədə tüğyan edən "Haqibis" qasırğasının əsas su xəttini zədələməsi olub. Qasırğa nəticəsində eləcə də elektrik təchizatında problem yaranıb. Təxminən 34 min mənzilin də işıqsız qaldığı qeyd edilir. Qasırğadan daha çox ziyan çəkmiş rayonlarda 230-dan çox məktəb, onlarla supermarket işini dayandırıb, 120-dən çox bankomat sıradan çıxıb. Ümumi dəyən ziyan hazırda hökumət tərəfindən hesablanır. Son məlumatlara görə, qasırğa nəticəsində 66 nəfər ölüb, 14 nəfər itkin düşüb.

RƏYLƏR