Yaponiyada 12 nəfər isti hava şəraitinin qurbanı olub

OXUNUB: 569 DÜNYA

Ötən həftə Yaponiyada 12 nəfər isti hava şəraitinin qurbanı olub.

Bu barədə TASS ölkənin Baş Yanğınsöndürmə İdarəsinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, təxminən daha 10 min insan günvurma ilə əlaqədar xəstəxanalara yerləşdirilib. Havanın ən yüksək temperaturu ölkənin mərkəzi və qərb regionlarında qeydə alınıb.

Xatırladaq ki, ötən yayda da Yaponiyada yüzlərlə insan anomal hava şəraitindən əziyyət çəkib. /report

 

İcmal.Az

RƏYLƏR