Yaponiyada 200 ildən sonra ilk dəfə imperator taxtdan imtina etdi

OXUNUB: 1004 DÜNYA
Yaponiya hökuməti 83 yaşlı imperator Akihitoya taxtdan çəkilməyə icazə verən qanun dəyişikliyini təsdiqləyib.

Qanun layihəsi parlamentdən keçsə, Yaponiya tarixində bir ilk olacaq. Çünki 200 il ərzində ilk dəfə bir imperator taxtdan çəkiləcək.

Yaponiyada 1817-ci ildə imperator Kokaku taxtı oğlu Ninkoya təhvil vermişdi. Qanun Yaponiya parlamenti tərəfindən gələn ayın sonuna qədər təsdiqlənəcək.

İmperator Akihito 1989-cu ildən taxtdadır. O, 2018-ci ilin ikinci yarısında taxtdan ayrılmağı planlaşdırır. Ürəyindən əməliyyat olan və prostat xərçəngindən müalicə alan imperator sağlamlığı səbəbindən taxtda otura bilmədiyini bildirib.

Onun yerinə isə 57 yaşlı şahzadə Naruhitu imperator olacaq./olke.az
 
İcmal.Az

RƏYLƏR