Yaponiyada qasırğa qurbanlarının sayı 72 nəfərə çatıb

OXUNUB: 569 DÜNYA
Yaponiyada baş verən "Haqibis" qasırğası nəticəsində ölənlərin sayı artıb. Oktyabrın 12-də başlayan güclü qasırğa 72 nəfərin həyatına son qoyub, 10 nəfər itkin düşmüş sayılır. Ümumilikdə təbii fəlakətdən 200 nəfər zərər çəkib. Qasırğa daha çox Yaponiyanın şimal-şərqində və paytaxt Tokio ilə qonşu olan Kanaqava prefekturasında fəsadlara səbəb olub. Hazırda itkin düşənlərin axtarışı və infrastrukturun bərpası işlər davam etdirilir.

RƏYLƏR