Yaponiyada vəhşi heyvanları qovmaq üçün “robot” istehsal olunub - VİDEO

OXUNUB: 693 SOSİAL

Yaponiyada ev təşərrüfatlarına ziyan vuran vəhşi heyvanları qovmaq üçün qorxunc robot-canavar istehsal olunub.

 Layihə Kisarazu prefekturasında sınaqdan keçirilib.

Robot-canavarın ölçüləri adi canavardan fərqlənmir. Hündürlüyü 50 sm, uzunluğu 65 sm olan robotun adı Super Monster Wolfdur. Xəz ilə örtülən robotun ağzında iti canavar dişlər var.

Robot vəhşi heyvanların yaxınlaşmasını onun daxilində quraşdırılan xüsusi cihazlar vasitəsilə aşkarlayır və onları qorxudur. Belə ki, "canavarın” gözlərində sayrışan qırmızı işıqlar yanır və o, canavarın ulaması,  insan, hətta atəş səsi çıxarır.

Kisarazu prefekturasının merinin sözlərinə görə, robot-canavar iyulun 11-də "fəaliyyətə başlayandan” sonra  ətrafda heç bir vəhşi heyvan müşahidə olunmayıb.

Robotların sifarişinə sentyabrdan başlanacaq və onun qiyməti  200000 yen olacaq (3000 manat)./oxu

İcmal.Az

RƏYLƏR