Yaponiyalı idmançı ölkəsinin tarixində “ilk”ə imza atdı

OXUNUB: 800 İDMAN

Cənubi Koreyanın Pyanqçanq şəhərində keçirilən Qış Olimpiya Oyunlarında ilk dəfə dopinqdən istifadə hadisəsi qeydə alınıb.

Buz üstə sürətli konkisürmə yarışının iştirakçısı, yapon idmançısı Kei Saitö dopinq testindən keçib.

21 yaşlı yapon idmançısında qadağan edilmiş dərman preparatı aşkar olunub. İdmançının özü isə açıqlamasında bundan şoka düşdüyünü, heç vaxt stereoid qəbul etmədiyini bildirib.

O, çəkisini azaltmaq üçün bu dərmandan istifadə etmədiyini və günahsızlığını sübuta yetirmək istədiyini qeyd edib.

Komandanın rəhbəri Yasuo Saitö isə bildirib ki, ondan yanvarın 29-da Beynəlxalq Konkisürmə İttifaqı test götürüb və bu, neqativ çıxıb. Ona görə də bu testin müsbət çıxması "izahedilməzdir”.

O əlavə edib ki, idmançının yarışdan kənarlaşdırılması ilkin addım idi. Çünki onun adının təmizə çıxarılması üçün hazırda vaxt yoxdur.

Qeyd edək ki, Kei Saitö Qış Olimpiya Oyunlarında dopinq testində "ilişən” ilk yapon idmançısı olub./oxu

İcmal.Az

RƏYLƏR