Yaponiyanın ölkəmizdəki səfiri Şamaxıda olub

OXUNUB: 503 SOSİAL

Yaponiya səfirliyinin dəstəyi ilə Şamaxıda həyata keçirilən sosial-iqtisadi və mədəni layihələrin müzakirəsi və tanışlıq məqsədilə Yaponinyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Vada Cüniçi Şamaxıya səfər edib. Səfər zamanı səfir Şamaxı Rayon İcra Halimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb və bir sıra məsələləri müzakirə ediblər.

Sosial-iqtisadi layihələr çərçivəsində Azərbaycanda məktəblərin, xəstəxanaların tikilməsi və təmiri, su təhcizatı və sair kimi 260-a yaxın qrant layihələr icra olunmuşdur ki, onların da 7-i Şamaxı rayonun payına düşür. Görüşdə Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyilə təhsil sahəsində informasiya texnologiyaları və innovasiyaların tədbiqində əməkdaşlığın çox faydalı olacağı vurğulanmışdır.

Cənab səfir Şamaxı şəhərində yerləşən Şamaxı Astrofizika Rəsədxanasına, Dəmirçi kəndindəki muzeyə, Cümə məscidinə, İmadəddin Nəsiminin qardaşı Şaxhəndanın türbəsinə, "Şirvan Şərabları" müəssisəsinə baş çəkmişdir.
Bir qrup Yaponiya vətəndaşları tərəfindən Şamaxıya göndərilmiş və əkilmiş 1000 sakura ağaclarının yerləşdiyi sahəyə baxış keçirilmiş və bir daha layihə iştirakçılarına təşəkkür bildirilmişdir.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada sonra Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində olub.

Səfirə Tədris Mərkəzinin binasında yerləşən Dövlət Vergi Xidmətinin vergi muzeyinin eksponatları barədə məlumat verilib. Muzeydə yerləşdirilmiş monitorlarda Azərbaycanın müxtəlif dövrlərində mövcud olmuş vergi növləri, onların tarixi inkişaf zamanı dəyişilməsi və müasir dövr vergiləri haqqında məlumatlar öz əksini tapıb.

C.Vada Tədris Mərkəzinin auditoriyaları və kitabxanası ilə tanış olub, gələcəkdə mərkəzdə birgə görüşlərin keçirilməsini təklif edib.

RƏYLƏR