Yaponlardan azərbaycanlı azarkeşlərə ibrətamiz örnək - VİDEO

OXUNUB: 842 İDMAN

Yaponiya millisinin azarkeşləri dünya çempionatının Kolumbiya ilə matçından sonra ibrətamiz addımla yadda qalıblar.

İcmal.Az xəbər verir ki, final fiti səsləndikdən sonra onlardan bəziləri tribunaları tərk etməyə tələsməyiblər.

Belə ki, kolumbiyalı azarkeş tərəfindən çəkilmiş videoda yaponların oyun zamanı yerə atdıqları zibilləri topladığı görünür. Halbuki Azərbaycanda biz bunun əksini görürük. Düşünürük ki, bu addım əsl nümunədir.

Xatırladaq ki, həmin matçda gözlənilənin əksinə olaraq, Yaponiya millisi Kolumbiyaya 2:1 qalib gəlib.

Qeyd edək ki, eyni addımla bu qrupda mübarizə aparan Seneqalın azarkeşləri də yadda qalmışdı. Onlar da Polşa üzərindəki qələbədən sonra tribunalardakı zibilləri toplamışdılar.

İcmal.Az

RƏYLƏR