Yaşadığı qəsəbənin ilk 700 bal toplayan abituriyenti - FOTO

OXUNUB: 649 SOSİAL

İmtahanlarda 700 bal toplamaq mənim üçün bir hədəf idi.

Bunu Oxu.Az-a açıqlamasında qəbul imtahanında II ixtisas qrupu üzrə maksimum bal toplayan Rəmzi Abıyev bildirib.

Lənkəran şəhərinin Balıqçılar qəsəbəsinin tam orta məktəb məzununun sözlərinə görə, ilk imtahanda 585 bal toplayıb:

"Hədəfim imtahanlarda yüksək bal toplamaq olub, ilk imtahanda 700 bal toplamadım. Amma ikinci qəbul imtahanında istədiyim nəticəyə nail oldum. Çox sevinirəm. Hazırda təhsil alacağım universitet barədə qərar verməmişəm. Təhsilimin bakalavr pilləsini Bakıda, magistraturanı isə xaricdə nüfuzlu universitetlərin birində oxumaq niyyətindəyəm”.

Rəmzi Abıyev qeyd edib ki, öz məqsədinə inanan abituriyentlər buna çata bilərlər:

"Qəbul imtahanına hazırlaşmaq çətin mərhələdir. Amma qayğıkeş ailə və savadlı müəllimlərin dəstəyilə insan hadəflərinə nail ola bilir. Valideynlərim bu uğuruma çox sevindilər. Onlar hər zaman 700 bal toplayacağıma inanırdılar. Onların dəstəyi və əzmim nəticəsində istədiyim hədəfə çatmışam”.

Qeyd edək ki, o, yaşadığı qəsəbədə ilk maksimum nəticə göstərən abituriyentdir.

 

İcmal.Az

RƏYLƏR