YASAMALDA SAKİNLƏRİN HƏYATI TƏHLÜKƏDƏ: "İLK İNŞAAT” şirkətinin özbaşınalıqlarına görə

OXUNUB: 20932 Özəl HADİSƏ
Keçmiş "Sovetski” adlanan ərzidə "İLK İNŞAAT” şirkətinin yol verdiyi nöqsan ərazidə yaşayan insanları bezdirib.
 
Bu barədə 7NEWS.az-a ərazidə yaşayan vətəndaş şikayət edib. Şikayətçi bildirir ki, ərazidə düzgün aparılmayan işlər ucbatından vətəndaşlar ölümlə üz üzə qalırlar. Artıq neçə həftədir bu vəziyyəti N.Nərimanov prospekti kimi hərəkətin sıx olduğu ərazidən keçən polislər nədənsə "görməyiblər". 

Şirkətin tikinti işləri apardığı ərazidə N.Nərimanov pr. ilə M.Əliyev küçəsinin kəsişməsindən sonra hasar o qədər sıx çəkilib ki, uşaq arabası ilə yol getmək olmur. Vətəndaş onu qeyd edir ki, keçən dəfə uşaq arabasını avtomobil yolu ilə apardığına görə arxadan gələn avtomobil az qala bir ailəni vuracaqmış. Xatırladaq ki, yaxın aylarda həmin ərazidə bir avtomobil sözügedən hasara çırpılmışdı.

 
Ümid edirik ki, aidiyyatı qurumlar insanların gediş-gəliş yolunu çirkləndirdiyi və insanların avtomobil yolu ilə hərəkət etməsinə məcbur olmasına səbəb olacaq nöqsana yol verdiyi üçün "İlk İnşaat” şirkəti barəsində hüquqi tədbirlər görəcək. Ərazidə vətəndaşlar tərəfindən çəkilmiş videonu təqdim edirik:


RƏYLƏR