Yaşayış binasında baş verən partlayış nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib

OXUNUB: 565 GÜNDƏM DÜNYA HADİSƏ
İsveçin Göteborq şəhərində yaşayış binalarından birində partlayış baş verib, nəticədə 20 -dən çox adam xəstəxanaya yerləşdirilib. Bu barədə 7NEWS.az xarici mediaya istinadən xəbər verir.
Partlayış çərşənbə axşamı saat 05:00 radələrində şəhərin mərkəzi hissəsində baş verib. Bir neçə mənzildə yanğın baş verib. Hadisə yerində təcili yardım və xilasedicilər işləyir. 
Ən azı üç qnəfər ağır yaralanıb. Xilasetmə xidmətinin rəhbəri partlayışın səbəbinin təbii olmadığını bildirib. "Bunu dağıntıda görmək olar" dedi.
7NEWS.az

RƏYLƏR