Yaşayış binasında yanğın — 10 nəfər təxliyə edildi

OXUNUB: 762 HADİSƏ
Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 28 m2 sahədə yanıb.

İcmal.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
 
Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
İcmal.Az

RƏYLƏR