"Yaşıl soyqırım" Bakının mərkəzinə çatdı — Səbaildə ağaclar belə kəsilir (FOTOLAR)

OXUNUB: 2267 Özəl HADİSƏ
Paytaxtın mərkəzində ağaclar "budama" adı ilə kəsilir. 
Demokrat.az xəbər verir ki, Bakının Səbail rayonu, Nizami Kino Mərkəzinin yaxınlığında yerləşən "Pizza" restoranının qarşısındakı ağaclar kəsilərək, məhv edilib. 
Ağacların Səbail rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən kəsildiyi deyilir. Ərazidə olan sakinlər ağacların kəsilmə anını əks etdirən fotoları bizə göndəriblər. /demokrat
7NEWS.az




RƏYLƏR