"Yaşma bağları"nda 30 illik su problemi: kanal suyunu dənizə axıdırlar, sakinlərə vermirlər - FOTO + VİDEO

OXUNUB: 702 SOSİAL

Sakinlərə kanal suyunu da çox görürlər

Düşünmək olardı ki, yay arxada qalıb və bəzən sakinlərin yayda suyu fasilələrlə alması problemi də aradan qalxıb. Ancaq bu sözləri Sumqayıt şəhər "Yaşma bağları” massivinə aid etmək mümkün deyil. Nə qədər paradoksal olsa da, burada susuzluq problemi məhz yayın bitməsi ilə başlayır.

BakuCity.az-ın araşdırması nəticəsində məlum olub ki, burada 1988-ci ildən məskunlaşan əhali elə həmin vaxtdan içməli suyu ya satın alır, ya da Taxtakörpü kanalından gələn suvarma suyundan istifadə edir.

Yəni XXI əsrdə bu qəsəbədə yaşayan insanlar hələ də kanal suyunu içmək məcburiyyətindədir. Lakin son vaxtlar bu kanal suyunu da insanlara çox görüblər.

Sumqayıt şəhər "Yaşma bağları” massivində yaşayan Kamil Abdullayev redaksiyamıza müraciət edərək əraziyə verilan kanal suyunun da kəsildiyini deyib. Halbuki kanaldan gələn su boş-boşuna Xəzər dənizinə axıdılır, amma nədənsə yaşayış massivinə su verilmir.

 
 
 
 
 
 
 
 

O, sözügedən problemin oktyabrın 25-dən yaşandığını bildirib.

Sakinlər "Meliorasiya və Su Təsərüfatı” ASC-ni günahlandırırlar.

K.Abdullayev bildirib ki, belə davam edərsə, problemə diqqət çəkmək üçün sakinlərin yolu bağlayacağı da istisna deyil.

Təbii ki, yolu kəsmək problemdən çıxış yolu deyil, amma sual yaranır: bəs bu insanlar nə etsinlər, illərdir davam edən acınacaqlı duruma nə vaxt son qoyulacaq?

Vəziyyətlə bağlı "Meliorasiya və Su Təsərrüfatı” ASC-yə və digər aidiyyəti qurumlara müraciət etmişik. Sözügedən problemi araşdırdıqdan sonra sorğumuzu cavablandıracaqlarını bildiriblər.

Məsələ diqqətimizdədir.

Kanalın suyunun dənizə axıdıldığını əks etdirən videonu təqdim edirik:

 
 

RƏYLƏR