Yavər Camalov Türkiyənin müdafiə naziri ilə görüşüb

OXUNUB: 1145 SOSİAL
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov İstanbulda keçirilən "İDEF - 2017” hərbi sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Fikri İşıqla görüşüb.


İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, Y. Camalov sərginin yüksək səviyyədə təşkil olunduğunu deyib.
 
O, bu gün ASELSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında müqavilə imzalanacağını deyib.
 
Nazirlər arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın  gələcək perspektivləri müzakirə olunub.
 
İcmal.Az

RƏYLƏR