Yaxın saatlarda Moskvaya güclü qar yağacaq

OXUNUB: 533 DÜNYA

 Yaxın saatlarda Rusiyanın paytaxtı Moskvaya güclü qar yağacaq. Qar şiddətli külək və buz bağlama ilə müşayiət olunacaq.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

Meteoroloqların sözlərinə görə, pis hava şəraiti Moskva üzərindən isti cənub siklonu cəbhəsinin keçidini müşayiət edəcək. Xilasedicilərin xəbərdarlığına görə, gün ərzində görüntünün pisləşəcəyi, avtonəqliyyat vasitələrinin hərəkətinin çətinləşəcəyi və yol qəzalarının sayının artacağı gözlənilir.

Pis hava şəraitinin günün sonuna qədər davam edəcəyi ehtimal edilir./report

 

İcmal.Az

RƏYLƏR