Yaxınları Permdə öldürülən tələbədən imtina etdi - VİDEO

OXUNUB: 807 HADİSƏ

Permdə döyülərək öldürülən azərbaycanlı tələbə Hüseyn Mustafayev Azərbaycana gətirilərək dəfn edilib.

İcmal.Az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "Səni axtarıram" verilişində Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayevməlumat verib. Proqramda bu barədə geniş material efirə verilib.

Verilişin aparıcısı X.Hidayətqızı bildirib ki, ata-anasız böyümüş Hüseynin dəfnində yaxınlarından, doğmalarından heç kim iştirak etməyib. Hətta İsraildə yaşayan bacısı da dəfndə iştirakdan imtina edib. 

Qeyd edək ki, 27 yaşlı H.Mustafayev noyabrın 18-19-na keçən gecə  döyülüb və bir neçə gündən sonra vəfat edib. O, Permdəki Farmakoloji Akademiyanın tələbəsi olub.

İcmal.Az

RƏYLƏR