“Yay Əyləncəsi ” adlı Kids Fashion Show keçiriləcək – 9 İYULDA

OXUNUB: 884 SOSİAL

7NEWS.az xəbər verir ki, 9 iyul 2017-ci il tarixində, saat 18:00-da "Boulevard” oteldə "Star Kids Group” şirkətinin təşkilatçılığı ilə "Yay Əyləncəsi ” adlı Kids Fashion Show keçiriləcək. Müsabiqədə 4-14 yaş arası uşaqlar iştirak edəcəklər. Tədbirdə 68 model, 24 modelyer iştirak edəcək. Modelləri n 41 qız, 27-si oğlan olacaqdır.

Tədbirin layihə rəhbəri "Star Kids Group” MMC-nin direktoru Aygün Əliyevadır.

Məlumat üçün qeyd edək ki, "Star Kids Group”şirkətinin təşkilatçılığı ilə hər ay mütəmadi olaraq müxtəlif ad altında müsabiqələr reallaşır. Şirkətin uşaqların intellektual inkişafına xidmət edən layihələrinə informasiya dəstəyi göstərən peşəkar xəbər saytları arasında 7NEWS.az-da yer alıb.

RƏYLƏR