Yayın istisini özünə dərd edənlərə şad XƏBƏR — PROQNOZ

OXUNUB: 504 MARAQLI SOSİAL

Azərbaycanda bu il qızmar istilərin olacağı, yəni 40 dərəcə və ona yaxın temperaturun davamlı olaraq müşahidə ediləcəyi gözlənilmir.

İcmal.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Trend-ə deyib.

Ötən illərdə yay mövsümündə davamlı istilərin müşahidə edildiyini deyən M.Həsənov qeyd edib ki, 2016-cı ildə iyul ayının sonlarında 37-39 dərəcə istilər 12 günədək davamlı müşahidə edilib: "Lakin bu il yayda 1-2 gün 38-39 dərəcə temperaturun müşahidə ediləcəyi gözlənilsə də, belə yüksək temperaturun ardıcıl olaraq, bir necə gün ərzində davamlı olacağı gözlənilmir”.

Onun sözlərinə görə, builki yayın ötən ildəkindən sərin keçəcəyini söyləmək olmaz: "Eyni zamanda, yay ərzində temperaturun o qədər də yüksək, davamlı quraqlığın olacağı gözlənilmir. Ötən illərdə davamlı quraqlıqlar müşahidə edilib. Davamlı quraqlıq odur ki, quru, isti küləklər 1 həftəyədək davam edir, havanın temperaturu davamlı olaraq, 35 dərəcədən yuxarı, havanın nisbi rütubəti 30 faizdən aşağı olur. İndiki proqnozlar havanın quraqlıq keçəcəyini deməyə əsas vermir”.

İcmal.Az

RƏYLƏR