Yelo Bank-da Qadınlar Gününə həsr olunmuş konsert təşkil edildi

OXUNUB: 601 BANK
Ötən gün Yelo Bank öz baş ofisində bank üçün qeyri-adi bir tədbirə ev sahibliyi etdi. 

Tədbir zalında Bankın qonaqlarının və əməkdaşlarının iştirakı ilə 8 Mart Qadınlar gününə həsr olunmuş "Tanqo ətirli qadın” adlı klassik musiqi gecəsi baş tutdu. Gecənin əsas ifaçıları xalq artisti Fidan Hacıyeva və onun qadınlardan ibarət "MEZZO” adlı kamera orkestrı idi. 

Xatırladaq ki, "MEZZO” Azərbaycanın xanımlardan ibarət ilk kamera orkestridir. Tədbir başlamazdan öncə Bankın İdarə Heyətinin sədri Anar Həsənov qonaqları salamlayaraq gecənin əsas səbəbkarları olan xanımları təbrik etdi və onların cəmiyyətimizin həyatında əvəzsiz rolundan bəhs etdi.

Konsertin proqramında ölməz sənətkarlarımızın seçmə əsərləri ilə yanaşı, dünya klassiklərinin məşhur musiqiləri də yer alırdı. Səhnədə Fidan Hacıyeva ilə bərabər əməkdar artist Fərid Əliyev və Fidan xanımın musiqi məktəbinin tələbələri, həmçinin Bank əməkdaşı Nicat Hacılı da çıxış etdi. 

Konsertdə müəllifi Bakı Musiqi Akademiyasının professoru, Könül Hüseynova olduğu "Şuşam mənim” mahnısı elə öz piano müşayiəti ilə Fidan xanımın ifasında səsləndirildi. Xatırladaq ki, Könül Hüseynova şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin yaxın xanım üzvləri də iştirak edirdi və qonaqlar onları ayaqüstü alqışlarla salamladılar.

Zərif və incə mühitdə keçən tədbirdə "MEZZO" orkestrinin həzin ifası gecəyə ayrı bir gözəllik və qeyri-adi ovqat qatdı. Çıxışların hər biri dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılandı. Konsert yüksək əhval ruhiyyə ilə sona çatıb.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! 

Yelo Bank – Parlaq bankçılıq!

RƏYLƏR