Yelo Bank-da "Transformasiya və Liderlik" təlimi keçirilib

OXUNUB: 195 İQTİSADİYYAT BANK
Yelo Bank "Yeniliklərə açığıq” dəyərinə sadiq qalaraq, əməkdaşları üçün yeni təcrübə və biliklər qazanmaq imkanını yaratmağa davam edir. Belə ki, ötən həftə Yelo Bank-ın Baş ofisində "Transformasiya və Liderlik" mövzusunda seminar keçirilib. 
Seminarda Yelo Bank əməkdaşları ilə bərabər ölkənin aparıcı şirkətlərinin nümayəndələri də iştirak edib.  Təlim şəxsi məqsədlərə çatmaq, liderlik və emosional intellekt mövzularını əhatə edirdi. Həmçinin tədbirdə meditasiyanın mahiyyəti və faydası haqqında da danışılıb.
Seminar beynəlxalq sertifikatlı layf kouç və təlimçi Çingiz Mehdiyev tərəfindən aparılıb. 
Tədbirin sonunda işitirakçıları maraqlandıran suallar cavablandırılmış və fərdi konsultasiya aid məlumat paylaşılıb.
Çingiz Mehdiyev – «layf kouç» və transformasiya proqramlarının yaradıcısı, Azərbaycanla yanaşı ölkə xaricində də seminarlar keçirən təlimçidir. Oflayn və onlayn formatlarda keçirilən proqramların əsas məqsədi insan sağlamlığı, müsbət duyğular və düşüncəni dəyişdirməyə yönəlib.
Yelo Bank əməkdaşların maarifləndirilməsi və inkişafı üçün müxtəlif təlimlər və "Yelo Talks” layihəsi daxilində çıxışları davam etdirəcək.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  
Yelo Bank – Parlaq bankçılıq!
 


 

RƏYLƏR