"Yelo Bank"da dərin böhran: Filial direktorları kütləvi qovulur

OXUNUB: 1450 Özəl BANK

"Yelo Bank” iyul ayının 1-dən etibarən 7 filial direktorunu işdən azad edib. 

HİT.Az xəbər verir ki, bu barədə "MediaPost”a bankdakı mənbədən bildirilib.  Məlumata görə, bankın Gəncə, Bərdə, Lənkəran, Sumqayıt, 8, 11  və 12 saylı filialların direktorları işdən azad olunub. 

Bank rəhbərliyi bəzi filial direktorlarının işdən çıxarılmalarını müqavilələrinin müddətinin bitməsi ilə əsaslandırıb. Bəziləri isə müxtəlif səbəblərlə günahlandıraraq işdən azad edilib. Mənbənin verdiyi məlumata görə, filial rəhbərlərinin fəaliyyətlərinə xitam verilməsinin əsas səbəbi təzə komandanın onlarla işləmək istəməməsidir.  

Xatırladaq ki, "Nikoil Bank" ötən ilin noyabrında rebrendinq edərək "Yelo Bank” adı ilə müştərilərinin qarşısına çıxıb.

7NEWS.Az

RƏYLƏR