"Yelo Bank"da “Women Bankers’ Club”-ın görüşü keçirilib

OXUNUB: 883 Özəl İQTİSADİYYAT BANK

"Yelo Bank" ASC-nin dəstəyi ilə daha bir uğurlu layihə həyata keçirildi.

Ölkənin ilk və yeganə qadın bankçılar platforması olan "Women Bankers’ Club”-ın (WBC) uzunmüddətli fasilədən sonra ilk böyük görüşü Bankın tədbir zalında baş tutdu.

"Rəqəmsal eranın liderləri" mövzulu tədbir 2 paneldən ibarət idi. Hər panel öz sahəsinin peşəkarı olan üç spiker və bir moderatoru əhatə edirdi. Spikerlərin arasında "Yelo Bank"ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova, "Horizon Next Şirkəti"nin təsisçisi - Rəşid Əliyev, transformasiyalar üzrə ekspert, Geştalt Kouç - Sevda Əliyeva, "PAŞA Bank" ASC-nin Texnologiya blokunun baş direktoru – Vüsal Xəlilov, "Kapital Bank" ASC-nin İR departamentinin direktoru – Fərqanə Məmmədova, eGov İnkişaf Mərkəzinin direktoru – Fariz Cəfərov yer almışdı. Spikerlər Rəqəmsal transformasiyada liderlərin rolu, onların meta bacarıqları, yeni iş yerləri, rəqəmsal idarəetmə və s. mövzuda təqdimatlar edib, iştirakçıların suallarını cavablandırdılar. "Yelo Bank" ölkənin maliyyə sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin aktiv iştirakçısı və təşəbbüskarıdır. Bir sıra mühüm təhsil və karyera layihələrinə dəstəkçi olmaqla yanaşı, Bank həm də Baş ofisinin 400 nəfərlik zalı ilə müxtəlif tədbirlərə ev sahibliyi edib.

WBC faydalı məlumatları, öz uğur hekəyalərini bölüşməyə, təlimlər, master-klaslar, eləcə də təhsil layihələrini həyata keçirməyə imkan yaradan bir platformadır. Klubun üzvləri yuxarı, orta və kiçik menecer kimi fəaliyyət göstərən qadın bankçılardır. Klubun formatı həmçinin maraqlı məruzəçilərlə əyləncə tədbirlərinin təşkilini də əhatə edir.

Bank xidmətləri, eləcə də ƏDV geri al ( https://www.yelo.az/az/individuals/online-services/edv-geri-al/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya  FacebookInstagram və ya  Whatsapp hesablarımıza yazın.

"Yelo Bank" – Parlaq bankçılıq!




RƏYLƏR