Yelo Bankdan “kiçik biznesmen”lərə dəstək

OXUNUB: 248 İQTİSADİYYAT BANK

Yelo Bank 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Kiçik Biznesmen” layihəsini həyata keçirdi. Uşaqları yalnız müdafiə etmək deyil, həmçinin parlaq gələcəklərini qura bilmələri üçün onlara fürsətlər yaratmaq lazımdır. Layihənin əsas məqsədi, uşaqlara pulun qazanılması prosesini praktiki cəhətdən göstərməklə onlarda əldə etdikləri vəsaitlə rəftar etmə vərdişlərini formalaşdırmaqdır.  
Araşdırmalara görə, uşaqlara pulla necə rəftar etmək kiçik yaşlarından öyrədilməlidir. Bu məqsədlə xarici ölkələrdə valideynlər övladlarının cib xərclərini özlərinin qazanması üçün dəstək olurlar. Nəticədə, uşaqlar kiçik yaşdan bu vərdişi özlərində formalaşdırmaqla pulun necə qazanıldığını şəxsi təcrübələrində görürlər.  
Azərbaycanda isə ilkin pul qazanmaq təcrübəsi xariclə müqayisədə daha böyük yaşlara təsadüf edir. Bu mədəniyyəti ölkəmizdə də inkişaf etdirmək üçün "Kiçik biznesmen” layihəsinə start verdik. Layihə çərçivəsində uşaqlar, onlar üçün Zabitlər Parkında quraşdırılmış stendlərdə limonad hazırlayaraq pulla davranış təcrübələrini qazanırlar. Layihəmizin məqsədi uşaqların daha kiçik yaşlarından pulla düzgün rəftar etməyi öyrənərək gələcəkdə daha uğurlu olmalarıdır. 
"Kiçik Biznesmen” layihəsi Yelo Bank-ın davamlı olaraq həyata keçirdiyi sosial və maarifləndirici layihələrdən daha biridir. Xatırladaq ki, ilin əvvəlindən başlayaraq Yelo Bank komandası ölkənin aparıcı Universitetlərinin tələbələri, Gənclər təşkilatları üçün maarifləndirici tanışlıq sessiyaları, motivasiya, mentorluq və müxtəlif təcrübə layihələri keçirməkdədir. Qeyd edək ki, layihə bzns.az biznes portalının iştirakı ilə birgə həyata keçirildi.   
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın, məmnuniyyətlə cavablandıraq!
Yelo Bank -  Parlaq Bankçılıq.

RƏYLƏR