Yəmən növbəti dəfə Səudiyyə Ərəbistanına raket atdı - VİDEO

OXUNUB: 529 DÜNYA

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Yəmən ərazisindən atılan növbəti ballistik raketi vurub. 

İcmal.Az-ın "APA TV"-yə istinadən verdiyi xəbərə görə, raket Hamis-Muşayt şəhəri yaxınlığında vurulub. 

Noyabrın 4-də Səudiyyə hərbçiləri Yəməndən Ər-Riyad hava limanı istiqamətində atılan ballistik raketi vurmuşdu. Ümumilikdə, Yəməndə 2014-cü ildən davam edən münaqişə dövründə bu ölkədən Səudiyyə Ərəbistanı ərazisinə 78 ballistik raket atılıb.

İcmal.Az

RƏYLƏR