Yəməndə husilər 40-dan çox jurnalisti girov götürüblər

OXUNUB: 577 DÜNYA

Yəməndə husilər paytaxt Sənanın mərkəzində yerləşən televiziya mərkəzini ələ keçirərək, 41 jurnalisti girov götürüblər.

Bu barədə üsyançılarla əlaqəsi olan mənbə məlumat verib.

"Onlar husilər tərəfindən televiziya mərkəzinin binasında saxlanılırlar. Saxlanılanların ümumi sayı 41 nəfərdir", - deyə mənbə bildirib.

Agentliyin həmsöhbəti bununla belə girovların siyahısının kim tərəfindən tərtib edildiyini dəqiqləşdirməyib.

Üsyançılar "Yemen Today" telekanalının binasını ələ keçiriblər. Kütləvi informasiya vasitələri Yəmənin husilərə qarşı üsyana çağıran sabiq prezidenti Əli Abdulla Salehi dəstəkləyirdilər. Dekabrın 4-də isə keçmiş prezidentin ölüm xəbəri yayıldı./report

 

 

İcmal.Az

RƏYLƏR