Yəməndə qaçaqmalçılar 120 yeniyetməni suda batırıblar

OXUNUB: 859 DÜNYA

Yəmən sahillərində qayıqda miqrantları daşıyan qaçaqmalçılar Efiopiya və Somalidən olan 120 yeniyetməni suya atıb.

 Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, qaçaqmalçılar sahil mühafizəsi gəmilərinə bənzəyən gəmiləri gördükdən sonra yeniyetmələri qayıqdan tullayıblar.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində 29 yeniyetmə miqrantın meyiti aşkarlanıb, 22-si itkin düşüb. Ölən miqrantların orta yaşının 16 olduğu bildirilir. /apa

 

İcmal.Az

RƏYLƏR