Yəməndən atılan ballistik raket Məkkə ətrafında vurulub

OXUNUB: 688 DÜNYA

Yəmən ərazisindən atılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulub. 

 Bu barədə ərəb koalisiyasının komandanlığı  məlumat yayıb.  

Məlumata görə, ballistik raket müqəddəs şəhərdən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandıraraq, insidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin üzərinə qoyub.  

Xatırladaq ki, Məkkəyə Həcc ziyarəti avqustun sonunda başlayacaq. /apa

 

İcmal.Az

RƏYLƏR