Yeməyi gec gətirən arvadını güllələdi - Dəhşətli qətl

OXUNUB: 962 DÜNYA

Hindistanda 60 yaşlı kişi həyat yoldaşını yeməyi gec gətirdiyinə görə güllələyib.

Hadisə Dehli yaxınlığında baş verib. Aşok Kumar adlı şəxs evə sərxoş vəziyyətdə gələrək, arvadı ilə yemək üstündə mübahisə edib. Mübahisə zamanı ərinin tapançadan açdığı atəş nəticəsində başından güllə yarası alan 55 yaşlı Sunaina xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, hindistanlı cinayəti yeməyin gecikdirilməsindən qəzəblənərək törədib. Kumar törətdiyi cinayəti boynuna alaraq, öz əməlindən təəssüfləndiyini bildirib. Cinayətkar həbs edilib./mətbuat

 

İcmal.Az

RƏYLƏR