Yeni aldığı "Ayfon"unu itirən qadın dava saldı - FOTOVİDEO

OXUNUB: 578 DÜNYA

Amerikanın Kaliforniya ştatında bir qadın kafedə kütləvi davaya səbəb olub. İddialara görə, o yeni aldığı "Ayfon 10"-u burada itirib.

 Ştatının Nyuark şəhərindəki kafelərdən birində qanlı dava düşüb. Belə ki, qadın telefonun xüsusi "Find My iPhone" axtarış sistemi vasitəsilə itirdiyi mobil telefonunun kafenin yerləşdiyi ünvanda olduğunu təsbit edib. Kafeyə yaxınlaşan qadın ofisiantlara və rəhbərliyə burada unudulmuş telefon tapıb- tapmadıqlarını soruşub. Yox cavabı alan qadın qəzəblənib və dava salıb.

Telefon sahibi sistemi göstərərək telefon siqnalının məhz burada olduğunu desə də, kafe sahibləri qadını ərazidən uzaqlaşdırmağa cəhd ediblər.

Qadının kafedəkiləri oğru adlandırması müştərilər arasında kütləvi davaya səbəb olub. Nəticədə, 20 nəfər bir-biri ilə əlbəyaxa olub. Mübahisə zamanı müştərilərdən biri qadının saçını yolaraq döşəməyə töküb.

Əraziyə çağrılan polis mübahisə edən hər kəsi həbs edib. Axtarış nəticəsində məlum olub ki, telefonu kafenin aşbazı götürüb və mətbəxdə gizlədib.

Hadisə şahidləri baş verənləri anbaan çəkərək sosial şəbəkələrə yükləyiblər:/publika

İcmal.Az

RƏYLƏR