Yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq

OXUNUB: 818 SOSİAL
Yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq. İCMAL.az xəbər verir ki, u barədə Millət vəkili Qənirə Paşayeva sosial mediada şərh paylaşıb. Şərhi olduğu kimi təqdim edirik: "Əziz ön cəbhədə yerləşən qəhrəman Ağdam kəndimizin müəllimləri, şagirdləri və sakinləri! Bilirəm hamınız indi yazacağım xəbəri gözləyirsiniz. Əziz sakinlərimiz, bir neçə gün əvvəl Ağdam kənd orta məktəbinin dam örtüyünün yanaraq yararsız vəziyyətə düşməsindən sonra məktəbi ziyarət edib,vəziyyətlə yerində tanış olmuşdum və Bakıya qayıtdıqdan sonra məktəbin dam örtüyünün yay tətili dövründə, qısa zamanda təmir olunub düzəldilməsi üçün sizin və sizi təmsil edən millət vəkili kimi öz adımdan Təhsil nazirinə müraciət etmişdim. Təhsil nazirliyinin rəsmiləri ilə təkrar danışdım və bildirdilər ki,məsələ nazir Mikayıl Cabbarovun nəzarətindədir və yeni dərs ili başlanana qədər ön cəbhədə yerləşən Ağdam kənd orta məktəbinin dam örtüyünün təmiri başa çatacaq. Allah ön cəbhədə yaşayan bütün insanlarımızı qorusun!"
İCMAL.az

RƏYLƏR