Yeni dünya nizamı: siyasət və idarəetmə

OXUNUB: 1085 GÜNDƏM HADİSƏ İQTİSADİYYAT

Fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasovun "Yeni dünya nizamı: siyasət və idarəetmə” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, yenicə nəşr olunan bu kitabda bəşəriyyətin yaşadığı dərin böhran, müasir dünyanın üzləşdiyi qlobal problemlər və çağırışlar nəzərdən keçirilir, aparıcı dünya güclərinin rəhbər tutduqları "geosiyasi realizm”in qeyri-qənaətbəxş yanaşma olduğu, onun xalqların maraqlarına cavab vermədiyi, əxlaq və zəkanı mühasirəyə aldığı göstərilir. Ədalətli dünya nizamının, qanedici davranış kodeksinin, məqbul qlobal siyasi arxitekturanın formalaşması naminə yeni fəlsəfənin və müvafiq epistemoloji zəminlərin, bəşəri sinergetik dünyagörüşünün zərurəti əsaslandırılır. Bu mövqedən çıxış edərək adekvat təsəvvürlər, ideya və prinsiplər sistemi təklif olunur.

Xüsusi diqqət cəmiyyətin inkişaf vektorunu və dinamikasını, təbiətini və simasını müəyyənləşdirən meqatrend məsələsinə yetirilir. Dünya təcrübəsi, böyük reformatorların həyata keçirdikləri islahatlar təhlil edilir və ümumiləşdirmələr aparılır, optimal milli meqatrendin müəyyənləşdirilməsi və reallaşması üçün zəruri şərtlər, meyar və imperativlər aydınlaşdırılır.

Əsər dünya problemləri, idarəetmə və geosiyasətlə, sosial fəlsəfə və idrak nəzəriyyəsi ilə maraqlanan, bəşəri və ictimai tərəqqi uğrunda çalışan oxucular üçün nəzərdə tutulub.

 

İcmal.az

RƏYLƏR