Yeni ili "NEPTUN"nun yenilənmiş saytı ilə qarşılayın, onlayn sifarişlərdən, kampaniyalardan yararlanın - VİDEO

OXUNUB: 416 Özəl GÜNDƏM İQTİSADİYYAT
Karantin dönəmində insanlar, daha çox alış-veriş üçün bayıra çıxırlar. Bu da öz növbəsində virusa yoluxma riskini artırır və ümumi prosesə zərər vurur. Nəzərə alsaq ki, qarşıdan Yeni il bayramı gəlir, insanların alış-verişə olan tələbatı artacaqdır. 

Hər zaman olduğu kimi real situasiyanı düzgün dəyərləndirən "Neptun Supermarketlər Şəbəkəsi”, bu dəfə daha innovativ addımlarla fərqlənməyi bacarıb.

Belə ki, "Neptun Supermarketlər Şəbəkəsi” sizlər üçün evdən çıxmadan, rahatlığınızı heç pozmadan və vaxt itirmədən istənilən məhsulu onlayn sifariş etmə imkanı verir. 
Bunun üçün yenilənmiş www.neptun.az saytına daxil olun, yeni dizayn və yeni istifadə funksiyaları ilə rahat qeydiyyatdan keçin və istənilən kateqoriyadan seçdiyiniz məhsulları səbətinizə əlavə edin. Daha sonra sifarişi rəsmiləşdir bölməsinə daxil olub, çatdırılma və ödəniş üsullarını seçərək sifarişinizi tamamlayın.

Sifarişiniz sürətli, təhlükəsiz və gigiyenik olaraq Sizə çatdırılacaqdır. Ödənişi isə istər onlayn, istərsəniz də qapıda nağd və ya kartla edə bilərsiniz.

Bundan başqa "Neptun Supermarketlər Şəbəkəsi” Yeni il ərəfəsində müxtəlif kampaniyalar, endirimlər həyata keçirməkdədir. Belə ki, 15-31 dekabr tarixlərində 'Bizim Süfrə' 891 ml mayonez 3 manat 15 qəpik deyil, 2 manat 68 qəpik, 'Sunar' 1 lt qarğıdalı yağı 6 manat deyil, 4 manat 85 qəpik və s. 

Digər endirimləri www.neptun.az saytından da online sifariş ilə əldə edə bilərsiniz.

Telefon: 162

www.neptun.az saytının yenilənmiş versiyası ilə alış-veriş edin, sevdiklərinizə Yeni il sevinci bəxş edin.


RƏYLƏR