Yerevanda etirazçılar Baş Prokurorluğu blokadaya aldı

OXUNUB: 840 DÜNYA

Ermənistan baş prokuroru Artur Davtyanın istefasını tələb edən Yerevan sakinləri binanın girişinə toplaşıblar. 

İcmal.Az bununla bağlı TASS agentliyinə istinadla xəbər verir. 

10-15 nəfərdən ibarət qrup prokurorluq nümayəndələrinin binaya daxil olmasına imkan verməyib. 

Davtyanın istefasının tələb olunmasında səbəb onun baş nazir Nikol Paşinyanla fikir ayrılığıdır. Paşinyan ölkədə siyasi məhbusların olduğunu desə də, Davtyan bunu inkar edib. 

İcmal.Az

RƏYLƏR