Yerevanda hərbçilər yol polisi əməkdaşlarını döyüblər

OXUNUB: 965 DÜNYA
Yerevanda hərbçilər yol polisi əməkdaşlarını döyüblər, iki nəfər yaralanıb.

Oxu.Az bu barədə erməni KİV-nə istinadən xəbər verir.  

Xəsarət alanlar – yol polisinin baş inspektorları 38 yaşlı Artak Sarkisyan və 32 yaşlı Zoqrab Qalstyandır. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Mənbənin məlumatına görə, polisləri Müdafiə Nazirliyinin əməkdaşları döyüblər, hücum edənlər arasında zabitlərin də olduğu qeyd edilir. 
 
İcmal.Az

RƏYLƏR