Yerevanda iğtişaşlar başladı - FOTO + VİDEO + YENİLƏNİB

OXUNUB: 144 DÜNYA

Ermənistanın Vətəndaş Sazişi Partiyasının lideri, "Çıxış” blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan paytaxt Yerevanda davam edən etiraz aksiyası zamanı xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

İcmal.Az xəbər verir ki, N.Paşinyan əlləri və üzündən xəsarət alıb.

Qeyd edək ki, hazırda Yerevanda Baqramyan prospektində etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurmalar davam edir.

Polisin səs bombasından istifadə etməsi nəticəsində etiraz aksiyasında iştirak edənlərdən bəziləri yaralanıb. Ambulanslar yaralılara yetişə bilib və hazırda onlara ilkin tibbi yardım göstərilir.

10:53

Ermənistanın paytaxtı Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

İcmal.Az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Etirazçı tələbələr dərsə girməyərək, oturaq aksiya keçiriblər və Yerevanın Baqramyan prospektini bağlayıblar.

Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti iflic olub və  polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. 

Tələbələr isə bu tələbə məhəl qoymayıblar və bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

 

İcmal.Az

RƏYLƏR