Yetmiş üç min ədəd siqaretlə gömrükdə yaxalandı

OXUNUB: 686 HADİSƏ

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Kazım Bahadır oğluna məxsus "Mitsubishi Pajero” markalı, 10HF066 dövlət nömrə nişanlı avtomobilə gömrük baxışı keçirilib. 

 Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrin istehsalı olan cəmi 73.340 ədəd müxtəlif adda siqaret aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır./ qafqazinfo

 

İcmal.Az

RƏYLƏR