Yevlaxda kişi arvadını döyüb xəstəxanalıq etdi

OXUNUB: 543 HADİSƏ

Yevlaxda kişi 26 yaşlı arvadını döyüb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, noyabrın 27-i Şəki şəhəri S. Əfəndiyev küçəsi ev 12 ünvanında qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Xatun İlqar qızı Rəsulova bədənin çoxsaylı küt travmaları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan  bildirilib ki, əri tərəfindən döyülən Xatun Rəsulovanın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, Yevlax rayonunda ərdə olan Xatun Rəsulova bir-neçə gün əvvəl orada möhkəm döyülüb. Ağır bədən xəsarəti alan Xatun Rəsulova Şəki şəhərində yaşayan ailəsinin yanına gəlib. 

 

İcmal.Az

RƏYLƏR