Yevlaxda qaz xəttini zədələdilər - Kəndlər qazsız qaldı

OXUNUB: 708 AZƏRBAYCAN HADİSƏ
Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər. "Azəriqaz” İB-dən verilən məlumata görə, bir qrup abonentin qaz təchizatında fasilə yaranıb. Hazırda "Azəriqaz” İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası oktyabrın 17-də gün ərzində mümkün olacaq.

RƏYLƏR