Yevlaxda teplovoz minik avtomobili ilə toqquşub - FOTO

OXUNUB: 552 HADİSƏ

Yevlax rayonunda avtomobil və teplovozun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Salahlı kəndində, teplovoz gələn zaman minik avtomobilinin dəmir yolu xəttini keçmək istədiyi zaman olub.

Nəticədə teplovoz yolun mühafizə olunmayan hissəsindəki keçiddə 1983-cü il təvəllüdlü Elgün Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, maşın yararsız vəziyyətə düşüb, həmçinin teplovoza da xeyli ziyan dəyib./report

 

İcmal.Az

RƏYLƏR