Yol polisi Bakıda “Niva” ilə qayda pozur - VİDEO

OXUNUB: 1006 HADİSƏ
Düşüncə tərzi digər qayda pozan sürücülərdən heç də fərqlənmir
 

Aprelin 16-da paytaxtın Mikayıl Müşviq küçəsində hərəkətdə olan 90-ZZ-415 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsünün qayda pozuntusu Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, qeyd etdiyimiz küçəylə hərəkət edən  sürücü qarşıdakı avtomobili sağdan ötərək "Yol hərəkəti haqqında” qanunun 51-ci maddəsinin tələbini pozub. Həmin vaxt sükan arxasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olub. Kameraya çəkən sürücü polis əməkdaşına irad bildirib. Lakin o, işə tələsdiyini deyib.

Görünür ki, qeyd etdiyimiz YPX əməkdaşının düşüncə tərzi digər qayda pozan sürücülərdən heç də fərqlənmir. Bakı şəhəri ərazisində nə qədər tələsib sürətlə hərəkət etsən də mənzil başına vaxtından əvvəl çatmaq mümkün olmur. Geriyə yalnız qayda pozuntuları qalır.

Son zamanlar polis əməkdaşları öz idarə etdikləri avtomobillərə ksenon işıqlar,qadağan olunmuş siqnallar,pnevmatik asqılar və bu kimi digər qadağan olunmuş konstruksiya dəyişikliyi edirlər. Sükan arxasında isə təhlükəsizlik kəməri taxmadan,mobil telefonu əldə saxlamaqla ondan istifadə edərək hərəkət edirlər. Bu isə cəmiyyətə pis nümunədir.

 

İcmal.Az


RƏYLƏR