Yol polisi “BMW X5”-i körpüdə saxlayıb yolu kəsdi – YP 326 - VİDEO

OXUNUB: 1056 SOSİAL

Bakıda yol polisinin qeyri-adi "saxla” əmri sosial şəbəkədə digər hərəkət iştirakçılarına hörmətsizlik kimi qiymətləndirilib.

İcmal.Az xəbər verir ki, baku.wsdə yayılmış görüntülərdə 99-YP-326 dövlət nömrə nişanlı polis maşınında xidmət edən YPX inspektoru "BMW” markalı, 10-SS-077 dövlət nömrə nişanlı avtomobili qeyri-adi şəkildə saxladır. Qəribə orasındadır ki, sayrışan işıqlarla saxlama əmri verildiyi sezilsə də, bu daha çox söhbətləşmək üçün yolun ortasında dayanmağa bənzəyir. Hər halda, polis əməkdaşı bilir ki, zolaqlarının sayı cəmi iki olan körpüdə avtomobil saxlamaq olmaz. Saxlayıb söhbətləşmək isə heç olmaz.


 İcmal.Az



RƏYLƏR