Yol polisi gizlənib radar qurdu- 99 YP 276 - VİDEO

OXUNUB: 1002 GÜNDƏM Özəl HADİSƏ

Bakıda gizlənib xidmət aparan yol polisinin görüntüsü oxucuların biri tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınan videodan aydın şəkildə görünür ki, Nizami rayon DYP şöbəsinin 99-YP-276 qeydiyyat nişanlı patrul avtomobili yolun sağında gizlənərək xidmət aparıb. O, sürət həddini aşan sürücüləri qeydə almaq üçün radar qurub.
Qeyd edək ki, bir müddət əvvəl Yol Patrul Xidməti haqqında təlimatdan gizli xidmət çıxarılıb. Ona görə də gizlənib xidmət aparmaq təlimatın tələblərinin pozulmasıdır.

 


 

 

RƏYLƏR