Yol polisindən şikayət edən sürücü 500 manat cərimələndi - UCARDA

OXUNUB: 635 SOSİAL
Ucar rayon sakini Məmmədov Sabir Qorxmaz oğlu iki gün əvvəl idarə etdiyi "Mazda” markalı, 90 FU 616 nömrə nişanlı avtomobillə qayda pozduğu üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin sürücü qanunsuz saxlanıldığını, heç bir qayda pozmadığı halda yol polislərinin ona qarşı qanunsuz tələblər irəli sürdüyünü iddia edirdi. Sürücü Sabir Məmmədov bu barədə hətta bəzi saytlara da şikayət edərək daxili işlər naziri Ramil Usubovdan kömək istəmişdi. 

İcmal.Az xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi məlumata görə, martın 7-də həmin sürücü məhkəmə qarşısına çıxarılıb. Səbail rayon DYP-də onun barəsində toplanmış materiallardan aydın olur ki, sürücü Sabir Məmmədov avtoxuliqanlıq edib. Məhkəmə materialları və sübutları araşdıraraq həmin sürücü barəsində qərar çıxarıb. Qərara əsasən, Sabir Məmmədov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
 
İcmal.Az

RƏYLƏR