Yol polisinin göstərişini yerinə yetirdi, cərimələndi - FOTO

OXUNUB: 961 SOSİAL
Hamıya məlumdur ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar çəkilən xüsusi zolaqlara daxil olan sürücüləri 40 manat cərimə gözləyir. Artır 1000-ə yaxın sürücü bu qaydanı pozduğu üçün onlara inzibati qaydada protokol tərtib olunub. Sürücülərin demək olar ki, hamısı bundan xəbərdardır və əksəriyyəti tıxac yaransa belə, həmin zolaqla hərəkət etmirlər. Lakin Dövlət Yol Polisi əməkdaşlarının xüsusi göstərişi ilə bu xətlə hərəkət etmək mümkündür.

İslamazeri.com xəbər verir ki, Elnur Əliyev (ad şərtidir) adlı sürücü yol polisi əməkdaşının məhz bu göstərişindən sonra xüsusi zolağa daxil olub, amma cərimələnib. Belə ki, "Qələbə dairəsi"ndən Ziya Bünyadov prospekti ilə Azadlıq prospekti kəsişməsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinə inspektor sarı xəttə daxil olamağa göstəriş verib. Həmin istiqamətdə avtomobili ilə hərəkət edən sürücü E.Ağayev buna əsasən, qadağan olunan zolaqla hərəkət edib. Lakin qarşıda quraşdırılan müşahidə kamerası vasitəsilə onun hərəkəti qeydə alınıb və nəticədə sürücü 40 manat məbləğində cərimələnib.

İcmal.Az
Yol polisinin göstərişini yerinə yetirdi, cərimələndi - FOTO

RƏYLƏR