Yol qaydalarını bilməyən sürücülərimizin biabırçı görüntüləri – VİDEO

OXUNUB: 24 SOSİAL

Azərbaycanda yol hərəkəti qaydalarını kitabdan yox, dost-tanışdan, atadan, qardaşdan öyrənən sürücülər çoxdur. Belələri ilə qanun-qayda ilə danışanda, çaş-baş qalırlar və qaydaları bir kənara qoyub "dədə-baba” qaydasından, hörmət-izzətdən danışırlar. Onlara elə gəlir ki, qaydaları yazanlar ağılsızdırlar və qaydalar o qədər də önəmli deyil. 

İcmal.Az-ın avtosfer-ə istinadən təqdim etdiyi bu videolara baxandan sonra isə başa düşəcəklər ki, qaydaların pozulmasa bir anda ağır qəzaya səbəb ola bilər. Bu zaman "dədə-baba” qaydaları köməyə gəlməyəcək...

Mayın 13-də Bakı-Ələt yolunda qayda pozan sürücülər Avtosfer.az-ın əməkdaşı tərəfindən saxlanılıb və onlara qanunun tələbləri izah olunub. Belə ki, Bakı-Ələt yolunun 43-cü kilometrində "Daf” markalı 99-JH-547 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü hərəkət sürətini aşaraq zolağını dəyişən zaman sağ zolaqda hərəkət edən sayt əməkdaşının avtomobilinə qəza şəraiti yaradıb. Həmin sürücü saxlanılaraq sürücü tərəfindən qanunun tələbləri izah olunub və görüntülərin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi barədə xəbərdarlıq edilib.

"VAZ 2107” markalı 10-SV-147 qeydiyyat nişanlı avtomobilin sürücüsü də zolağını sola dəyişən zaman yanaşı zolaqdakı avtomobili sıxışdırdığına görə saxlanılıb və ona da qanunun tələbləri izah olunaraq görüntülərin Baş Dövlət Yol Polisi idarəsinə göndərilməsi barədə xəbərdarlıq olunub. 

Təəssüf ki, hər iki sürücü kobud qayda pozuntusuna yol verdiyi halda özünü haqlı çıxarmağa çalışlb və yol hərəkəti qaydalarını yox, öz bildiklərini əsas gətirmək istəyiblər.

Sürücülərlə yaranan dialoqu sizə təqdim edirik və bildiririk ki, yolda qayda pozanlarla bağlı sürücülər tərəfindən göndərilən görüntülər DYP-yə təqdim olunacaq.

İcmal.Az

RƏYLƏR