Yolu keçmək istəyirdi, maşın vurdu

OXUNUB: 969 HADİSƏ

Bakı-Qazax magistral yolunda avtomobil piyadanı vurub.

Hadisə yolun Qazax rayonu Ağköynək kəndi ərazisində qeydə alınıb.

Qazax şəhər sakini 1951-ci il təvəllüdlü Mahmudova Südabə Mustafa qızı yolu keçən zaman avtomobil onu vurub. Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR