Yoxa çıxan Kamranı qardaşı öldürüb? - Verilişə göndərilən xəritə TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

OXUNUB: 588 SOSİAL
Dekabrın 18-i yoxa çıxan Nurullayev Kamranın qətlə yetirildiyi iddiaları artır.
 

"Səni axtarıram"a Kamranın ölümü ilə bağlı gələn xəritə hər kəsi dəhşətə gətirib. Verilişin aparıcısı Azərbaycanda itkin düşən gənclə bağlı bu xəritənin Ukraynadan gəldiyini deyərkən isə hər kəs təəccüblənib.

Aparıcının verdiyi məlumata görə, bu kağız parçasında Kamranın öldürüldüyü yer işarə edilib.

Qeyd edək ki, itkin gənc evlərini satdıqdan sonra ailə üzvlərinə mülkün pulundan verməyib. Onun bu addımı qardaşı Elxanın qəzəbinə səbəb olub. Qardaşlar arasında bu məsələ ilə bağlı dəfələrlə mübahisənin düşdüyünü anası da təsdiq edib. Kamranın anası oğlunun öldürüldüyünü və bunu edənin digər oğlu olduğundan şübhələndiyini efirdə deyib.

 

Verilişdən sözügedən kadrları təqdim edirik:

İcmal.Az


Yoxa çıxan Kamranı qardaşı öldürüb? - Verilişə göndərilən xəritə ŞOK ETDİ

RƏYLƏR